525ci qəzet Messinin qiyməti ucuzlaşdı

14.12.2024

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nüfuzlu “Transfermarkt” internet portalı Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messinin transfer dəyərini yeniləyib.

525.az xəbər verir ki, indi 37 yaşlı futbolçunun qiyməti 20 milyon avrodur. 

Əvvəlki qiymətlə ilə müqayisədə, forvardın transfer dəyəri 5 milyon avro enib.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında azad agent kimi "İnter Mayami"yə keçmişdi. Bu müddət ərzində argentinalı futbolçu klubda 39 oyuna çıxıb, 34 qol vurub, 19 məhsuldar ötürmə edib.

Lionel Messi karyerası ərzində səkkiz “Qızıl top” qazanıb və bu göstərici üzrə rekordçudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью