525ci qəzet Moldova millisinin baş məşqçisi vəzifəsində qaldı

02.01.2025

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Sergey Kleşenko Moldova millisinin baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

525.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının yaydığı açıqlamada qeyd olunub. Lakin yeni müqavilənin detalları barədə məlumat verilməyib.

Kleşenkonun rəhbərliyi altında Moldova millisi 2024-cü ildə 10 oyun keçirib. Bu matçlardan 6-da qalib gələn komanda 2 dəfə heç-heçə edib, 2 dəfə isə uduzub.

UEFA Millətlər Liqasının D Liqasında qrup qalibi olan Moldova millisi C Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Sergey Kleşenko 2021-ci ilin 3 dekabrından Moldova yığmasına rəhbərlik edir.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью