525ci qəzet Murad Musayev cəzalandırıldı

12.12.2024

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev biri şərti olmaqla iki oyunluq cəzalandırılıb.

525.az xəbər verir ki, qərar Rusiya Futbol İttifaqının İntizam Komitəsinin bugünkü iclasından sonra açıqlanıb.

Musayev "Lokomotiv"ə qarşı keçirilən Premyer Liqanın 18-ci turunun matçında (0:0) qırmızı vərəqə alıb. O, həmin matçın 90-cı dəqiqəsində köməkçi hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbdən mütəxəssis komitənin iclasına dəvət olunub.

Xatırladaq ki, M.Musayev 2021-2024-cü illərdə "Sabah"ın baş məşqçisi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью