525ci qəzet Nadal karyerasını bitirdi | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış ispan tennisçi Rafael Nadal peşəkar tennisçi karyerasını bitirib.525.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı idmançı son görüşündə Devis Kubokunun 1/4 finalında holland Botik van de Zandahulpa 2 setdə (4:6, 4:6) məğlub olub.
Görüşdən sonra azarkeşlərə müraciət ünvanlayan Nadal onu yaxşı insan kimi qəbul etdiklərinə ümidli olduğunu və həmişə dəstəklədiklərinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, hələ oktyabrın 10-da sosial şəbəkə hesabında karyerasını bitirəcəyi ilə bağlı paylaşım etmiş Rafael Nadal tennis tarixinin ən titullu idmançılarındandır.
O, təkli mübarizədə "Böyük dəbilqə" turnirində 22 dəfə qalib gəlib.
Bu göstərici ilə 2-ci olan Nadal 14 dəfə Fransanın açıq çempionatının birincisidir.
Həmçinin, onun kolleksiyasında "Qızıl dəbilqə" və olimpiya qızılı kimi prestijli mükafatlar xüsusi yer tutur.
L.Tağıyeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu