525ci qəzet Napoli Yuventusun müdafiəçisi ilə maraqlanır | Icma.az
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Napoli" "Yuventus"un müdafiəçisi Danilo ilə maraqlanır.
QOL.az xəbər verir ki, neapollular 33 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətə cəlb etmək istəyirlər.
Bu barədə "Football Italia" məlumat yayıb. Əsas heyətdə yerini itirən Danilonun da Turin klubundan ayrılmaq fikrində olduğu bildirilib.
O, "Mançester Yunayted"in də hədəfinə düşüb. Qeyd edək ki, braziliyalının "Yuventus"la müqaviləsi gələn ilin yayında bitəcək.
Danilo bu mövsümdə 12 oyunda meydana çıxıb. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu