525ci qəzet NATOdan Ukraynaya dəstək mesajı | Icma.az
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO səfirləri Rusiyanın qeyri-nüvə hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi buraxmasından sonra toplaşıb və Alyansın Kiyevə dəstəyini bir daha bəyan ediblər.
525.az xarici mediaya istinadən xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamaya görə, NATO-Ukrayna Şurası, Rusiyanın nüvə olmayan hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi atmasından sonra Brüsseldə səfirlər səviyyəsində toplanıb.
Ukraynanın yüksək rütbəli hərbi rəsmiləri Şuraya videokonfrans vasitəsilə qoşulub və NATO səfirlərini ölkədəki təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıblar.
İclasda müttəfiqlərin Ukraynaya dəstəyinin bir daha vurğulandığı və Ukraynanın Dnepr şəhərini hədəf alan hücumun “Ukraynada mülki əhaliyə qarşı terror hücumu etmək və Ukraynanı Rusiyanın qeyri-qanuni hücumlarına qarşı müdafiə edənləri qorxutmaq məqsədi daşıdığı bildirilib." Bəyanatda Rusiyanın hərəkətinin “nə münaqişənin gedişatını dəyişməyəcəyi, nə də NATO müttəfiqlərini Ukraynanı dəstəkləməkdən çəkindirə bilməyəcəyi” qiymətləndirməsi də yer alıb.
Malik Atilay Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu