525ci qəzet Nazir 400 məktəbin əsaslı təmirə və yenidən tikilməsindən danışdı

20.11.2024

Icma.az, 525.az saytına istinadən bildirir.

“400 məktəbin əsaslı təmirə və yenidən tikilməsinə ehtiyac var. Son 4 il ərzində 500-ə qədər məktəbi şagirdlərin istifadəsinə vermişik. 4 il əvvəl bizim 950 qəzalı məktəbimiz var idisə, bu gün bu say 400-dür”.

525.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, müəyyən ardıcıllıqla məktəblər təmir edilir və ya yenidən tikilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью