525ci qəzet Nazir müavini: İqlim dəyişikliyi ilə mübarizədə ölkələrarası güclü tərəfdaşlıq olmalıdır

19.11.2024

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqlim dəyişikliyi ilə mübarizədə pul kifayət deyil, ölkələrarası güclü tərəfdaşlıq olmalıdır.

525.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov COP29 çərçivəsində təşkil edilmiş "Qlobal məqsədlərdən yerli fəaliyyətlərə: davamlı aqro-ərzaq sistemlərinin gücləndirilməsi üçün regional təşəbbüslər" adlı tədbirdə bildirib.

"COP29 ölkələrin əməkdaşlığı üçün platformadır. İqlim dəyişikliyi torpağa, suya, qida istehsalına mənfi təsir göstərir. Onunla mübarizədə fermerlərin dəstəklənməsi xüsusilə önəmlidir. Bu baxımdan biz fermerləri bir sıra mexanizmlər vasitəsilə dəstəkləyir, onların inkişafı üçün subsidiyalar veririk", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью