525ci qəzet “Neftçi” 5 futbolçusunun “Zirə” ilə oyunu buraxacağını açıqladı

22.11.2024

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının 14-cü turunda keçiriləcək “Zirə” ilə matça itkilərlə çıxacaq. 

525.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. Beləliklə, Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov və Dembo Darbo zədə səbəbindən, Kilan Lebon isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, noyabrın 23-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Zirə” matçı saat 19:00-da başlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью