Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasından əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması və cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxılması zərurəti yarana bilər.
525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd edilib ki, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinin həcminə görə 3-cü müavinət növü dəfn üçün müavinətlərdir.
Dəfn üçün müavinətlər üzrə xərclər cari ildə ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılmışdır.
Cari ilin I yarısında 20311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu da cari ilin proqnoz göstəricisinin 48,4%-i həcmindədir.
I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 mln. manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2%-i deməkdir.
İzahata əsasən qeyd edək ki, növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı cari ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və ya 1,2% az proqnozlaşdırılmışdır.