525ci qəzet Novxanıda fərdi yaşayış evində partlayış olub

03.12.2024

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

525.az-a nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından bir nəfər sağ çıxarılaraq xilas edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью