525ci qəzet NyuYorkda taksi 6 piyadanı vurdu

26.12.2024

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nyu-Yorkda taksi sürücüsü bilinməyən səbəbdən avtomobili piyadaların üzərinə sürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən axşam "Herald Square" meydanında, məşhur "Macy's" mağazasının qarşısında baş verib.

Qəza nəticəsində azı 6 nəfər xəsarət alıb. Onlardan 3-ü daha ciddi zədələrlə xəstəxanaya yerləşdirilib.

Əraziyə baxış keçirən polis hadisənin qəsdən törədilmədiyini, bədbəxt hadisə olması qənaətinə gəlib.

Qeyd edək ki, yerli KİV taksi sürücüsünün sükan arxasında infarkt keçirdiyini ehtimal edir.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью