525ci qəzet NyuYorkun mərkəzi küçələrinə avtomobillərin girişi ödənişli oldu

06.01.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünəndən etibarən Nyu-Yorkun mərkəzi küçələrinə avtomobillərin girişi üçün rüsum tətbiq edilməyə başlanılıb.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu qərar şəhərin mərkəzində avtomobil sıxlığının azaldılması üçün verilib.

Məsələn, Manhettenə avtomobillə daxil olmaq üçün sürücülər adi günlər saat 17.00-dan 19.00-a və şənbə-bazar 21.00dan 09.00-a kimi 9 dollar ödəməli olacaqlar. Başqa vaxtlarda isə ödəniş 2,25 dollar təşkil edəcək.

Qeyd edək ki, Nyu-York mərkəzi küçələrə girişi ödənişli edən ilk ABŞ şəhəridir.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью