525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. ABŞ-də qeyri-adi ölüm hadisəsi baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ağaca dırmaşmış ayı güllələndikdən sonra ovçulardan birinin üzərinə düşüb.
Hadisə ötən həftə Virciniya ştatında baş verib. Bir qrup ovçu tərəfindən təqib olunan ayı ağaca çıxıb.
Ovçulardan biri onu güllələyib və ölmüş ayı digər ovçunun üzərinə düşüb.
Ağır bədən xəsarətiləri alan 58 yaşlı kişi 4 gün sonra xəstəxanada vəfat edib. Qeyd edək ki, bənzər hadisə 2018-ci ildə də baş vermişdi.
Həmin vaxt güllələnmiş ayı sıldırımdan aşağı yuvarlanmışdı. Qopan iri daş parçaları dağın ətəyində dayanmış ovçunu ağır yaralamışdı.
L.Tağıyeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.