525ci qəzet Oxuyan Kovboy Kamil Əfsəroğlu yazır | Icma.az
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kamil ƏFSƏROĞLUMüğənni Din Ridlə görüşüb, söhbət edəndə onun Azərbaycana gəlmək fikri olub-olmadığını soruşmaq istəsəm də, nədənsə tərəddüd elədim.
"Sual gecikmiş olmaya?" - düşündüm. Müsahibimin üzündəki ifadə məni fikrimdən daşındırdı.
Elə bil filmlərdən, televiziya proqramlarından tanıdığım o şən, çılğın, nəğməkar oğlan deyildi.
Çuxura düşmüş gözlərində, baxışlarında bir süstlük duyulurdu, bu, sona yetmiş uzun bir yolun yorğunluğu idi.
Özünü şən, xoşqılıq göstərmək istəsə də, bunu bacarmır, artist artistlik edə bilmirdi, çöhrəsindəki xiffət hissi onu ələ verirdi.
Uzun illər əvvəl, nağıllarda deyildiyi kimi, işıq gələn səmti tutub deyə-gülə, çalıb-oxuya yola çıxmış bu kolaradalı oğlanı indi qəriblik möhnəti maqnit təki geri dartırdı...
Din Rid daha çox müğənni kimi tanınsa da, müxtəlif ölkələrdə çəkildiyi filmlər ona aktyor şöhrəti də qazandırmışdı və rejissorlar onun kinodakı rollarını yüksək qiymətləndirir, yaradıcılığına inamla yanaşırdılar.
Tam oxu
Xəbəri oxu