525ci qəzet Özbəkistan “Global Firepower” reytinqində 58ci oldu

10.01.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Özbəkistan 145 ölkəni əhatə edən “Global Firepower” reytinqində dünyanın ən güclü orduları sırasında 58-ci yerdə qərarlaşıb.

525.az bu barədə yerli KİV-ə istinadən xəbər verir. Ötən illə müqayisədə ölkə 7 pillə irəliləyərək mövqeyini yaxşılaşdırıb.

Qeyd edək ki, 2024-cü ildə Özbəkistan 65-ci yerdə idi.

Mərkəzi Asiyada Qazaxıstan 57-ci, Türkmənistan 77-ci, Qırğızıstan 105-ci, Tacikistan 108-ci yerdədir.

Reytinqdə ABŞ başçılıq edir, Butan isə sonuncu yerdədir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin qərarlaşıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью