525ci qəzet Paraqvayda rekord həcmdə marixuana müsadirə edilib | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paraqvayın hüquq-mühafizə orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində 57 ton marixuana aşkarlayaraq müsadirə ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Santyaqo Penyanın mətbuat xidməti məlumat yayıb.
"Maranqatu" adlandırılmış əməliyyat zamanı 4 nəfər həbs edilib, onlardan preslınmiş marixuanadan başqa bir neçə odlu silah götürülüb.
Press-relizdə narkotik yükün cinayətkar qrup tərəfindən Braziliyaya göndərilməsinin nəzərdə tutulduğu da bildirilir.
Qeyd edək ki, müsadirə olunmuş 57 ton marixuananın qara bazarda qiyməti 22 milyon dollar civarındadır.
L.Tağıyeva Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu