525ci qəzet Paşinyan koronavirusa görə MDB dövlət başçılarının qeyrirəsmi sammitində iştirak etmir

25.12.2024

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-26-da keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmir.

525.az xəbər verir ki, o, feysbukda etdiyi paylaşımda bildirib ki, koronavirus testinin nəticələrinə görə sammitə qatılmayacaq.

Paşinyan bildirib ki, dekabrın 23-də verdiyi COVID-19 testinin nəticəsi müsbət olub. Bu səbəbdən də o, dekabrın 24-də özünü təcrid edib və iqamətgahda işləyib.

“Dekabrın 25-də diaqnozum artıq mənfi idi və mən adi iş rejimimə qayıtdım. Lakin həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm”, - deyə Paşinyan bildirib.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью