525ci qəzet Pərviz Şahbazov Lənkəranda vətəndaşları qəbul edəcək

05.12.2024

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

525.az  nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Akademik Zərifə Əliyeva küçəsi, 99) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] e-poçt ünvanı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Lənkəran" filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью