525ci qəzet Pitbul 4 yaşlı uşağın üzünü parçaladı

20.11.2024

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hadisə srağagün Rusiyanın Smolensk şəhərində baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qonşunun iti qəfildən valideynləri ilə evlərinin yanında dayanan uşağa hücum çəkib və üzündən yapışıb.

Böyüklərin sayəsində ölümdən qurtaran uşaq ağır xəsarətlə dərhal xəstəxanaya yerləşdirilib. Onun zədəsinin dərəcəsi barədə məlumat verilmir. Hadisə yerinə gələn polislər itin sahibinə inzibati protokol tərtib ediblər.

Qeyd edək ki, buna oxşar hadisə 12 gün əvvəl Amir vilayətində də baş verib. Həmin vaxt  Skovorodino kəndində küçə iti 4 yaşlı uşağın üzünü parçalayıb.  Ötən ay isə Volqoqrad vilayətində yenə də küçə iti 10 yaşlı uşağın gözünü çıxarmışdı.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью