525ci qəzet Poqbanın məşq yeri bəlli oldu

18.11.2024

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pol Poqbanın məşq yeri bəlli olub. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Bir neçə media mənbələri Poqbanın "Mançester Yunayted"də məşq etməyə hazırlaşdığını bildirib. Lakin bu olmayacaq. 31 yaşlı yarımmüdafiəçi Mayamidə məşq edir və yeni təkliflər gözləyir. 

Xatırladaq ki, fevral ayının 29-da Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Onun orqanizmində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb.

Oktyabrda məlum olub ki, fransalının diskvalifikasiya müddəti 18 aya endirilib. O, gələn ilin martında meydana qayıda biləcək. Poqbanın son klubu "Yuventus" olub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью