525ci qəzet Premyer Liqa tarixinin yeni rekordu

05.12.2024

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Everton"un müdafiəçisi Eşli Yanq Premyer Liqa tarixinin rekoduna imza atıb.

QOL.az xəbər verir ki, o, buna 14-cü turda "Vulverhempton"la görüşdə (4:0) nail olub.

Yanq 10-cu dəqiqədə cərimə zərbəsindən qol vurub. 

Nəticədə 39 yaşlı futbolçu  Premyer Liqa tarixində cərimə zərbəsindən qol vuran ən yaşlı futbolçu adını qazanıb.

Əvvəlki rekord 2000/01 mövsümündə 38 yaşında cərimə zərbəsindən fərqlənən Stüart Pirsə məxsus idi.

Qeyd edək ki, Eşli Yanq ötən yaydan “Everton”da oynayır. Müdafiəçi bundan əvvəl “Aston Villa”, “İnter”, “Mançester Yunayted” və “Uotford”da da çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью