525ci qəzet “Qarabağ” və “Sabah” irəlilədi, Turan Tovuz siyahıya düşdü Dünya reytinqi

10.12.2024

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Klubların yeni dünya reytinqi açıqlanıb.

525.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. Onların arasında “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 177,50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.

“Zirə” 94,25 xalla 219-cu yerdədir. Paytaxt klubunun mövqeyi dəyişməyib. 

62,50 xalı olan “Sabah” 9 pillə irəliləyərək 409-cu yerdə qərarlaşıb.

Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.

Qeyd edək ki, siyahıya 388 xalla İspaniya "Rea"lı başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью