Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu gün Misli Premyer Liqasında 16-cı tura start verilib.
525.az xəbər verir ki, günün ilk matçında “Səbail” öz meydanında “Araz-Naxçıvan”ı sınağa çəkib.
Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Ardınca turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gəlib.
Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, Ağdam klubu turnir cədvəlində 38 xalla 2-ci yerdə qərarlaşıb.
“Sabah” isə 23 xalla beşinci pillədədir. Liderlik 39 xalı olan "Araz-Naxçıvan"dadır.
Qeyd edək ki, "Qarabağ"ın ehtiyatda "Şamaxı"ya qarşı bir oyunu qalıb. Misli Premyer Liqası 16-cı tur 7 dekabr (şənbə) 18:00.
“Sabah” - “Qarabağ” - 1:1 Qol: Neqoş Kupusoviç, 49 (1:0), Nəriman Axundzadə, 68, (1:1) Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov VAR: Əliyar Ağayev AVAR: Zeynal Zeynalov “Bank Respublika Arena” 15:00.
“Səbail” - “Araz-Naxçıvan” - 0:2 Qollar: Ramon Maçado, 45+3-pen.