525ci qəzet “Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq

21.11.2024

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov yığmamızın UEFA Millətlər Liqası çərçivəsində keçirilən İsveçlə oyununda (0:6) sıradan çıxıb.

525.az Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə istinadən xəbər verir ki, 33 müdafiəçi topuğundan zədələnib və 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Bədavi Hüseynov Avropa Liqasının Liqa mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Lion" matçını da buraxacaq. Sözügedən oyun noyabrın 28-i, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью