525ci qəzet Qarpız Ədalət Tahirzadə yazır | Icma.az
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ədalət TAHİRZADƏ Bakı Avrasiya Universitetinin professoru (Olmuş əhvalat) İyulun üçüncü ongünlüyüydü.
Hələ səhər saat 11 olsa da, göydən çər yağırdı. Bu istidə yerölçənlər Elxan və Şirin Muğan düzündə iş başındaydılar.
Elxan teodolitlə ölçür, Şirin da əlindəki üç metrlik üstü rəqəmli uzun taxtanı - şaxsı onun qarşısında tuturdu.
İsti elə qalxmışdı ki, nəfəs almaq belə çətinləşmişdi. Ətrafda kölgəsinə sığınmaq üçün nəinki ağac, heç bircə kol belə yoxdu.
Özləriylə götürdükləri su da qurtarhaqurtardaydı. İşi yarımçıq qoymaq olmazdı - bir həftəyə bu ərazinin planı hazır olmalıydı.
Onları sahəyə göndərən müdirləri Feyzi Yusifli bərk-bərk tapşırmışdı ki, istiyə baxmadan çalışmalı, bir həftə sonra hazır planla Bakıya dönməliyik.
Qırx üç yaşlı Elxan əslən Muğandandı, ona görə də istiyə dözümlüydü.
Tam oxu
Xəbəri oxu