525ci qəzet Qərbin Ukraynaya dəstəyi ara vermir | Icma.az
Icma.az bildirir, 525.az portalına istinadən. Xaqani CƏFƏRLİDekabrın 2-də ABŞ-nin dövlət katibi Entoni Blinken Vaşinqtonun Ukraynaya 725 mil
Vaşinqtonun Kiyevə 725 milyon dollarlıq yeni yardım paketi üzərində işlədiyi haqqında ilk məlumat noyabrın 28-də yayılmışdı.
Dövlət katibi Entoni Blinken dekabrın 2-də X sosial şəbəkəsindəki (keçmiş tviter) səhifəsində Vaşinqtonun Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketini elan etdikdən sonra bütün diqqətlər bu paketə hansı silahların daxil ediləcəyi ilə bağlı məlumatların açıqlanacağı Pentaqona yönəldi.
Pentaqonun açıqladığı məlumatlar isə Rusiya üçün bəd xəbər sayıla bilər.
Pentaqonun açıqladığı məlumatdan aydın olur ki, 725 milyon dollarlıq yardım paketinə 40-dan çox HİMARS reaktiv yaylım atəş sistemi (MLRS), 155 və 105 mm-lik haubitsalar, həmçinin 105, 122, 130, 155 və 152 mm çaplı mərmilər, 31 Abrams tankı, 300-dən çox "Bradley" piyadaların döyüş maşını, Stryker və M113 zirehli personal daşıyıcısı, həmçinin müxtəlif avtomobillər, yük maşınları, 20 Mi-17 helikopteri, "Phoenix Ghost", "Hornet", "Scan Eagle", "Puma", "Jump-20" və "Vampire" kimi pilotsuz uçuş aparatları, 10 mindən çox "Javelin" tank əleyhinə sistemi, tank əleyhinə minalar, rabitə vasitələri və sahə avadanlığı daxildir.
Bundan başqa, Vaşinqton Kiyevə üç ədəd "Patriot", "Avenger", HAWK batareyaları və müvafiq döyüş sursatları, hava müşahidə radarları, mobil lazerlə idarə olunan raket sistemləri də verəcək.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ-nin hazırkı prezident administrasiyası 2025-ci ilin yanvarın 20-də səlahiyyətləri başa çatana qədər Ukraynaya hərbi yardımı davam etdirməklə yanaşı, Rusiyaya qarşı yeni sanksiyalar da tətbiq etmək niyyətindədir.
Məlumatlara görə, Bayden administrasiyası yanvarın 29-dək Ukraynaya 4-6 milyard dollarlıq hərbi yardım edə bilər.
Tam oxu
Xəbəri oxu