525ci qəzet Qırğızıstanda yeni Baş nazir təyinatı

18.12.2024

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qırğızıstan prezidenti Sadır Japarov Adılbek Kasımaliyevin Baş nazir vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.

525.az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı fərmana Kasımaliyevin namizədliyi ölkə parlamenti tərəfindən təsdiq edildikdən sonra imza atıb.

Adılbek Kasımaliyev Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışacaq.

Qırğızıstan prezidentinin mətbuat xidmətindən bildirilib ki, fərman artıq rəsmən qüvvəyə minib.

Xatırladaq ki, Qırğızıstan prezidenti Sadır Japarov dekabrın 16-da Akılbek Japarovun Nazirlər Kabinetinin sədri vəzifəsindən azad olunması haqqında fərman imzalamışdı.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью