525ci qəzet Qubada sahibsiz itlər 3 nəfərə hücum edib

08.01.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Quba rayonunun Qəçrəş və Küsnətqazma kəndlərində sahibsiz itlər 3 rayon sakininə hücum edib.

525.az xəbər verir ki, rayonun Qəçrəş kəndində kənd sakinləri Zöhrə Mərdəliyevaya və Raida Salahovaya sahibsiz itlər hücum çəkib.

Onlar Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardımdan sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndəriliblər.

Quba rayonunun Küsnətqazma kəndinə isə, azyaşlı Məhəmməd Məmmədov itlərin hücumuna məruz qalıb.

Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya it dişləməsi diaqnozu qoyulub və quduzuluğa qarşı iynə vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью