525ci qəzet Rəhim Sadıxovun yeni klubu rəsmiləşdi

06.01.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəhim Sadıxovun “Sumqayıt”dan ayrılığı dəqiqləşib. 28 yaşlı yarımmüdafiəçinin yeni klubu da rəsmiləşib.

QOL.az xəbər verir ki, R.Sadıqov karyerasını “Turan Tovuz”da davam etdirəcək. Bu haqda Tovuz klubunun yaydığı açıqlamada bildirilib.

Onunla 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanılıb. 

Son olaraq “Sumqayıt”da forma geyinən futbolçu ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının şərəfini qoruyub. 

Rəhim Sadıxov əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью