525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Saida Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" müstəqil inklüziv teatrının rəhbəridir.
"Ər quyusu", "Bu zonanın Məmmədağası", "Köhnə çamadanlar" kimi filmlərin ssenari müəllifi olan Saida Haqverdiyeva həmçinin, "İsanın yatağındakı ilahə", "Qisas", "Qara qızın qara bəxti", "Restoran", "Ömür", "Müharibə", "Göy qurşağı", "Ağdan qaraya", "Məktub" adlı hekayə və povestlərin müəllifidir.
Uşaqlar üçün yazdığı "Toplan" pyesi Təbriz Teatrında, "Metamorfoza" əsəri Azərbaycan Dövlət Yuğ Teatrında, "O qadın" adlı əsəri isə Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilib.
Rejissor Saida Haqverdiyeva ilə söhbətimizi oxuculara təqdim edirik. - Səidə, yoxsa Saida?
- Atam mənə uşaq vaxtı "Saida" deyə müraciət edib. Həmişə qulağımda "Saida" sözü var.
Əvvəllər bütün sənədlərdə "Səidə" yazılırdı və atam buna hirslənirdi. Doğulduğum bölgədə "Səidə" adı vardı.
Amma "Saida" deyə müraciət edirdirlər. Yaşa dolduqca, atam üçün darıxdıqca, istədim ki, hamı məni elə "Saida" deyə çağırsın.