525ci qəzet Roma İmperiyası dövrünə aid xəzinə tapılıb

14.01.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Lüksemburqda arxeoloqlar Roma İmperiyası dövründə gizlədilmiş xəzinə tapıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Xoltstum kəndi yaxınlığında aşkarlanan tapıntını araşdıran mütəxəssislər onun 1700 yaşı olduğu qənaətinə gəliblər.

Xəzinədəki 141 sikkə 364-408-ci illər aralığında döyülüb. Sikkələrin üzərində müxtəlif dövrlərdə Roma İmperiyasını idarə etmiş 8 imperatorun əksi var.

Qazıntı zamanı arxeoloqlar bir sıra çətinliklərlə üzləşiblər. Onlardan ən təhlükəlisi bu ərazidə 2-ci Dünya Müharibəsi dövründən qalma mərmilər olub. 

Qeyd edək ki, alimlər xəzinənin təxmini dəyərini müəyyənləşdiriblər. Holtstum xəzinəsi 308,6 min avro dəyərindədir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью