525ci qəzet Ruhun zülmət gecəsindən aydınlığa... Sevinc Mürvətqızı yazır | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sevinc MÜRVƏTQIZIZamanla özümüz arasındakı labirintdə dolaşdıqca o sirli qarışıqlıqda gec-tez şüurun altının da, üstünün də bizi aparıb çıxardığı son xilas nöqtə ruhun aydınlığıdır.
Amma bəzən şüurun altının üstünə çevrildiyi qaranlıq dövrlərdə ruhun da müvəqqəti olaraq zülmətə gömüldüyü dönəmlər olur.
Məhz o dönəm "ruhun zülmət gecəsi"dir. Bu, öz qaranlıq tərəfləri ilə üzləşməyə cəsarət edənlərin son dərəcə ziddiyyətli yolçuluğudur.
İnsanın özünü itirmə və ya həyatın mənasız olduğu hissiyyatını ən dərindən, ən dibdən yaşadığı məqamdır.
"Ruhun zülmət gecəsi" ifadəsi müqəddəs dini mətnlərdə də qeyd olunub, lakin zamanla bu ifadə psixoloji və fəlsəfi bir müstəviyə daşınaraq daha geniş anlam kəsb etməyə başlayıb.
Bəşəri şüurun yüksəldiyi çağdaş dövrdə "ruhun zülmət gecəsi" ifadəsi indi daha tez-tez anılır.
Çünki həqiqət yolçuluğundakı insanlar bu müvəqqəti zülmətin girdabına batanda nəylə qarşılaşdıqlarını bəzən anlamırlar.
Tam oxu
Xəbəri oxu