525ci qəzet Rusiyada ağır yol qəzası 5 ölü

17.12.2024

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Ulyanovskda yük və sərnişin avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Saransk-Sursk-Ulyanovsk yolunun Zasviyajsk rayonu ərazisindən keçən hissəsində "Chevrolet Cobalt" markalı minik avtomobili idarəetməni itirərək yolun əks hissəsi ilə hərəkət edən MAZ markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilində olan 5 nəfərin hamısı dünyasını dəyişib. MAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu, bu gün səhər baş verən ikinci ağır yol-nəqliyyat hadisəsidir. Bir qədər əvvəl Zabaykalsk vilayətində də ağır qəza baş verib. "Yutonq" markalı avtobusun aşması nəticəsində 2 nəfər həyatını itirib.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью