525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Oryol şəhərində sərnişinlərlə dolu trolleybusda hərəkət zamanı yanğın baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
Yanğın başlayan zaman sürücü nəqliyyat vasitəsini saxlayaraq sərnişinləri düşürməyə macal tapıb. Daha sonra yanğını söndürməyə çalışsa da, bunu bacarmayıb.
Qeyd edək ki, trolleybus tamamilə yanıb. Sərnişinlərdən xəsarət alan olmayıb.
L.Tağıyeva