525ci qəzet Rusiyada Talibana qoyulan qadağa qanunla aradan qaldırılır

17.12.2024

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda “Taliban” hərəkatının ölkədə fəaliyyəti qadağan olunanlar siyahısından çıxarılmasının mümkünlüyünü nəzərdə tutan qanun qəbul edib.

525.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qanunda nəzərdə tutulub ki, Rusiya məhkəməsi ölkənin baş prokurorunun bəyanatı əsasında terrorçu kimi tanınan təşkilatların fəaliyyətinə qoyulan qadağanı dayandıra bilər.

Bu qanun parlamentin aşağı palatası tərəfindən qəbul edilənə qədər Rusiyada belə təşkilatların fəaliyyətinə qadağaların dayandırılmasına imkan verən mexanizm yox idi.

Rusiya prezidenti Vladimir Putin Talibanı hələ 2021-ci ildə siyahıdan çıxarmaq niyyətindən danışıb, baxmayaraq ki, Taliban BMT səviyyəsində terrorçu kimi tanınır. Moskva artıq Taliban nümayəndə heyətləri ilə rəsmi görüşlər keçirib.

Müvafiq qanun layihəsi noyabrın 26-da Dövlət Dumasına təqdim edilib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью