525ci qəzet Rusiyadan Applea 3,6 milyon rubl cərimə

15.11.2024

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyada "Apple" bəzi məzmunlara girişi bloklamadığı üçün 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimələnib.

525.az xarici mediaya istinadən xəbər verir ki, “Apple”a qarşı açılan məhkəmə işinə paytaxt Moskvada baxılıb.

Bu platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə "Apple"ı 3,6 milyon rubl cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, əvvəllər ölkədə oxşar səbəblərdən "Google", "Tik-Tok" və "Telegram" kimi müxtəlif platformalara cərimələr tətbiq edilib.

Malik Atilay 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью