525ci qəzet Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində azı 7 nəfər ölüb

06.12.2024

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin mərkəzinə endirdiyi zərbə nəticəsində azı yeddi nəfər ölüb, yaralıların olduğu bildirilir.

525.az “Report” a istinadən  xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyası və şəhər şurası sosial şəbəkədə məlumat yayıb.

Belə ki, yerli vaxtla 18:00 (Bakı vaxtı ilə 20:00) radələrində vilayətin mərkəzində partlayış səsləri eşidilib. Vilayət hərbi administrasiyasının başçısı İvan Fedorov partlayışın olduğunu təsdiqləyib və texniki qulluq stansiyasının yandığını qeyd edib.

Bəzi icmalarda elektrikin verilişində fasilələr müşahidə olunur.

Bir müddət sonra yerli hakimiyyət orqanları yeddi nəfərin öldüyünü açıqlayıb. Federov zərərçəkmişlərdə qəlpə yaraları və baş zədələrinin olduğunu deyib. Zərərçəkmişlərin arasında uşaqların olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью