525ci qəzet Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

12.12.2024

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.

525.az xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaq.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью