525ci qəzet Sabunçu rayonunda su kəsiləcək

03.12.2024

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Sabah Bakının Sabunçu rayonuna içməli suyun verilməsində fasilə yaranacaq.

525.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb rayonun ərazisinin bir hissəsini su ilə təchiz edən boruda təmir işlərinin aparılmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью