525ci qəzet Sakit olun, hər şey yaxşı olacaq!

07.01.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mir Musa HAŞİMİ

(İsveç, Malmö şəhəri)

AZAL şirkətinin cəsur əməkdaşı -  Azərbaycanın Milli Qəhrəmanı Hökümə xanım Əliyevanın əziz xatirəsinə

Qorxulu anlarda qorxmadan dedin:

"Sakit olun, hər şey yaxşı olacaq!"

Bilirdin, uçağın yerə düşərkən,

Analar, bacılar saçın yolacaq!

Cəsarətlə baxdın ölüm gözünə,

Qəhrəman adını seçdin özünə,

Dünya heyran qaldı bax bu sözünə:

"Sakit olun, hər şey yaxşı olacaq!"

Hanı o fədakar, qorxmaz pilotlar?!

Göyləri bürüdü ağlar buludlar,

Yaşadacaq verdikləri umudlar:

"Sakit olun, hər şey yaxşı olacaq!"

Sən oldun qəhrəman Azərbaycana,

Şöhrətin yayıldı külli-cahana,

Qoy desin qururla o ata, ana:

"Sakit olun, hər şey yaxşı olacaq!"

Qatillərə həyat oldu zəhərli,

Sizin ölüm - həyat qədər dəyərli,

Vətən yaslı, ürəklər də kədərli:

"Sakit olun, hər şey yaxşı olacaq!"

Ölənlərin məzarına nur yağsın,

Yaralılar şəfa tapıb sağalsın,

Hökümənin sözü dillərdə qalsın:

"Sakit olun, hər şey yaxşı olacaq!"

Ey ali qanuna laqeyd olanlar,

Məsum insanların canın çalanlar,

Yəqin deyər sizdən qisas alanlar:

"Sakit olun, hər şey yaxşı olacaq!"

1 yanvar 2025-ci il.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью