525ci qəzet Savelyev: Rusiya və İran RəştAstara dəmir yolunda işlərin başlanma müddətini m…
Icma.az, 525.az portalına istinadən məlumat yayır. Rusiya və İran arasında birgə nəqliyyat layihələrinin həyata keçirilmə müddəti Rusiya nüm
525.az “Report”-a istinadən xəbər verir ki, bunu RusiyaNIN Baş nazirin müavini Vitali Savelyev Tehranda jurnalistlərə bildirib.
"İran bizim üçün ilk növbədə strateji tərəfdaşdır və müzakirə etmək istədiyimiz birgə məsələlər var.
Buraya dəniz, avtomobil, dəmir yolu nəqliyyatı, hava əlaqələri sahəsində bir sıra məsələlər daxildir", - o bildirib.
Onun sözlərinə görə, xüsusilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinin müzakirəsi planlaşdırılır: "Ümid edirik ki, həll yolları tapa biləcəyik və 2023-cü ildə imzalanmış sənədlərin - hökumətlərarası sazişin icrasını davam etdirəcəyik.
Kredit hazırdır, lakin İran tərəfi ilə müzakirə etməli olduğumuz məsələlər var.
Faktiki olaraq maliyyələşdirmə açıqdır, hər şey razılaşdırılıb. Sual nə vaxt başlayacağımızdır. Bunu müzakirə edəcəyik".
Rusiya və İran 2023-cü ilin mayında Rəşt-Astara dəmir yolunun inşası üçün layihələndirmə, tikinti və mal və xidmətlərin tədarükü üzrə əməkdaşlıq haqqında saziş imzalayıb.
Tam oxu
Xəbəri oxu