525ci qəzet Səfir: ABŞ regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir

09.12.2024

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby Gəncəyə səfər edib.

525.az xəbər verir ki, bu barədə Səfirliyin "X" platformasındakı paylaşımında bildirilib.

Səfir Gəncədə Azərbaycan-Ermənistan münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib.

"Səfir Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью