Icma.az bildirir, 525.az saytına əsaslanaraq. Tayvanda hərəkətdə olan qatarla selfi çəkdirmək istəyən turist təsadüf nəticəsində sağ qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı Liu Nu vaxtı düzgün hesablamayıb və qatar qadını vurub.
Çiynindən zərbə alan turist xoşbəxtlikdən relsin üzərinə deyil, kənara yıxılıb.
Şahidlərin köməyilə xəstəxanaya çatdırılan qadının sağ çiyninin əziyi və sağ ayağının qırıldığı məlum olub.
Maraqlıdır ki, Tayvanda turistlərin dəmiryol xətlərinə yaxınlaşması qadağandır. Bu üzdən turu təşkil edən turist firmasını cəza gözləyir.
Yeri gəlmişkən, cəzanın mahiyyəti də bəllidir: lisenziyası 1 illik ləğv olunan firma 9 min dollar cərimə də ödəməli olacaq.
L.Tağıyeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.