525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qərbi Afrika ölkəsi Sierra Leonedə iki nəfərdə meymun çiçəyi virusu aşkarlanmasının ardından "fövqəladə vəziyyət" elan edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, milli mətbuatda yayılan məlumatlara görə, səhiyyə naziri Dr. Austin Demby jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə iki meymun çiçəyi hadisəsinin təsdiqlənməsi İctimai Sağlamlıq Qanununa əsasən təcili tədbirlərin görülməsini zəruri edir.
"Sierra Leone hökuməti adından ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edirəm," – deyə Demby vurğulayıb.
Qeyd edək ki, Sierra Leone hökuməti yanvarın 11-də ölkədə ilk meymun çiçəyi hadisəsinin qeydə alındığını açıqlamışdı.
Malik Atilay