525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Slovakiyanın Baş naziri Robert Fitso açıq məktubla Ukrayna prezidenti Vladimir Zelenskini görüşə dəvət edib.
525.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb. “Slovakiya hakimiyyətinin yüksək nümayəndəsi kimi icazə verin, sizi danışıqlara dəvət
Baş nazir bildirib ki, görüş Slovakiya ərazisində, Ukrayna ilə sərhəddən çox da uzaqda olmayan yerdə baş tuta bilər.
O qeyd edib ki, görüş Ukrayna ərazisindən Slovakiyaya və digər ölkələrə qaz nəqlinin açıq müzakirəsi üçün yaxşı şərait yaradacaq.
Robert Fitso izah edib ki, o, Ukrayna tərəfi ilə tranzitin dayandırılmasının texniki aspektlərini, bu qərarın Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin azalmasına təsirini və bir sıra digər məsələləri müzakirə etmək istəyir.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən Avropaya ötürülməsi dayandırlıb.
Buna səbəb Ukrayna hakimiyyətinin tranzit müqaviləsinin müddətini uzatmaqdan imtina etməsidir.