525ci qəzet Sözünə, amalına sədaqətli insan | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağahüseyn Şükürovun 60 yaşına Həyatın acısını, şirinini dadmış, sadə və səmimi insan, sevimlimiz, yüksək mədəniyyəti, insanpərvərliyi, nəcibliyi və qayğıkeşliyi ilə kollektivin hörmət və rəğbətini qazanmış Ağahüseyn Şükürovun 60 yaşı tamam olur.
60 il yaşanmış şərəfli ömür yolu yalnızca zaman kəsiyində bir rəqəm deyil, bir həyat yolunun bütöv hekayəsidir.
Bu ömür yolu, həmçinin çətinliklərə qarşı mübarizə, əzm və iradə ilə dolu bir tarix, gələcəyə yönələn bir işıqdır.
Həyatını elmə həsr etmiş, gözü, könlü tox mənəviyyat adamı, əxlaqlı və xoş niyyətli insan Ağahüseyn müəllim bu gün ömrünün ən məhsuldar çağına, həyatının 60-cı baharına qədəm qoyur.
Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov 1964-cü il dekabrın 21-də Masallı rayonunun Qasımlı kəndində anadan olub.
Orta təhsilini Masallı rayonunun Yeddioymaq kənd orta məktəbində alıb, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olub.
O, əmək fəaliyyətinə 1988-ci ildə Masallı rayonunda çıxan "Çağırış" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, daha sonra bir sıra respublika qəzetlərində jurnalist kimi fəaliyyət göstərib.
Tam oxu
Xəbəri oxu