Icma.az, 525.az portalına istinadən məlumat yayır. “Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır.
Müxtəlif zamanlarda ayrı-ayrı məktəblərdə belə hallarla bağlı şikayətlər olur və bunlar araşdırılır”.
525.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, burada iki məsələ xüsusi qeyd olunmalıdır: "Məktəblərdə hansısa səbəbdən pul yığılması yolverilməz haldır və bu, dəfələrlə deyilib.
Sistem böyükdür. 4400 məktəbin hansısa birində bu hal baş verirsə, biz onu araşdırır və bununla mübarizə aparırıq.
Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılır.
Biz həmin adamların müvafiq cəza almasının tərəfdarıyıq”. Nazir vurğulayıb ki, bir müəllimin, məktəbin belə fəaliyyətini bütün məktəblərə şa
Söhbət bir məktəbdən gedirsə, onu araşdırıb təbii ki, ictimaiyyətə bu barədə məlumat verəcəyik.