Icma.az, 525.az portalına istinadən məlumat verir. Dünən İstanbul Türk Ocağının konfrans salonunda Türkiyənin ilk qadın hüquq vəkili, uşaq h
525.az xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilat
O, Sürəyya Ağaoğlunun yetişdiyi ailə və ictimai mühitdən söhbət açıb.
C.Bayram ötən əsrin əvvəlində Türkiyəyə mühacirət edən Əhməd bəy Ağaoğlunun milliyyətçi dərnək və quruluşların yaradılmasında, Türkiyənin ictimai-siyasi fikir tarixində önəmli rolundan bəhs edib.
Eyni zamanda S.Ağaoğlunun gələcək fəaliyyətində ailə və ictimai mühitin təsirlərindən danışıb, bugünkü gənclərin S.Ağaoğlunun mübariz obrazından öyrənməli olduğunu deyib.
C.Bayram qeyd edib ki, kimsəsiz, küçələrdə valideyn qayğılarından məhrum olan uşaqların təlim-tərbiyəyə cəlb olunması, topluma faydalı fərdlərə çevrilməsi kimi məsələlər hələ 1927-ci ildən Türk Ocaqlarının diqqət mərkəzində olub, bu sahədə proqramların qəbulunun vacibliyini vurğulayıblar.
Türk Ocağının nəzərdə tutduğu bu ideyanı S.Ağaoğlunun yerinə yetirildiyini qeyd edən C.Bayram belə şəxsiyyətlərin həyatının gənclərə örnək olduğunu deyib.
Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı bildirib ki, Türkiyə və Azərbaycanın ortaqlaşan tarixində S.Ağaoğlunun parlaq şəxsiyyəti aktuallığını həmişə qoruyub saxlayır.