525ci qəzet Suriyada əmək haqları 4 dəfə artırılacaq

06.01.2025

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Suriyanın yeni höküməti dövlət sektorunda çalışanların maaşlarını 400 faiz artırmağı planlaşdırır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Muhammad Abazid bildirib.

Bu, hökümətin müharibə və sanksiyalardan sonra ölkə iqtisadiyyatında stabilliyə nail olmaq üçün atdığı addımlardan biridir. Qərarın fevral ayından tətbiq olunması nəzərdə tutulur. Bunun üçün dövlət büdcəsindən 1,65 trilyon Suriya funtu, yəni, təxmini 125 milyon dollar vəsait ayrılacaq.

Qeyd edək ki, Bəşər Əsədin dövründə dövlət qulluqçularının orta aylıq əmək haqqı 25 dollar civarında idi ki, bu da onların əksəriyyətinin yoxsulluq həddinin astanasında olmaq anlamına gəlirdi.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью